Tokio 2020-nin başlama vaxtı bəlli oldu

Koronavirus pandemiyasına görə gələn ilə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının başlama vaxtı açıqlanıb.

Sportline.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb. Yarışın 2021-ci ilin 23 iyulunda başlanacağı bildirilib. Mənbə qeyd edib ki, bununla bağlı rəsmi qərar yaxın vaxtlarda açıqlanacaq.

Qeyd edək ki, bu gün Beynəlxalq Olimpiya Komitəsi üzvlərinin toplantısı keçiriləcək. Topantında Olimpiya Oyunlarının yeni vaxtı müzakirə ediləcək.