Tokio-2020: Olimpiada və paralimpiadaya görə 1,6 milyard dollar qənaət edilib

Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları yarışlara təxminən 191 milyard yuan (1,6 milyard ABŞ dolları) qənaət ediblər.

Sportline.az xəbər verir ki, bu barədə Tokio-2020-nin Təşkilat Komitəsinin baş katibi Tosiro Muto açıqlamasında bildirib.

Onun sözlərinə görə, olimpiada və paralimpiadaya ev sahibliyi etmək üçün xərclər 1453 trilyon yuan (12,7 milyard ABŞ dolları) olub: "Bu isə 2020-ci ildə proqnozlaşdırılan xərclərdən 191 milyard yuan azdır".

Qeyd edək ki, yarışlarla bağlı yekun hesabatın 2022-ci ilin iyununda açıqlanması gözlənilir.