TOKİO-2020: Təşkilat komitəsinin üzvü koronavirusa yoluxdu

Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin üzvü koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, infeksiya komitənin katibliyində işləyən 30 yaşlı şəxsdə aşkarlanıb.

Onun adı açıqlanmayıb və hazırda evdə müalicə aldığı vurğulanıb.

Qeyd edək ki, bu il 24 iyul - 9 avqustda keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb.

Gələn yay iyulun 23-də başlanacaq yarış avqustun 8-də yekunlaşacaq.