Tokio-2020-yə ilk lisenziya qazanıldı

Azərbaycan seçmə komandası Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb.

Sportline.az xəbər verir ki, bu uğura atlet Anna Skidan imza atıb.

Çinin Nanjinq şəhərində keçirilən “IAAF World Challange Nanjing 2019” yarışında, çəkicatma növündə mübarizə aparan Skidan 72.92 metr nəticə ilə 5-ci yeri tutub. Bu göstərici olimpiadaya lisenziyanı təmin edib.

Qeyd edək ki, atletlər çəkicatma növündə olimpiya lisenziyası üçün minimum 72.50 metr nəticə göstərməlidirlər.

Çindəki yarışa qatılan atletika üzrə Avropa çempionumuz Nazim Babayev bu yarışda 6-cı yeri tutub.