Tokio marafonu təxirə salındı

2021-ci il martın 7-də Yaponiyanın paytaxtı Tokioda keçirilməsi planlaşdırılan marafon təxirə salınıb.

Sportline.az xəbər verir ki, yarışın 2021-ci il oktyabrın 17-də keçirilməsi qərara alınıb. Marafonla bağlı tədbirlər martın əvvəllərində bir həftə ərzində baş tutacaq. Bunlara iştirakçılar üçün virtual marafon və Tokioda keçiriləcək atletika yarışları daxil olacaq.

Qeyd edək ki, bu il Tokio marafonu martın 1-də olub. Koronavirusla əlaqədar həvəskar qaçışçıların iştirakı olmadan keçirilmiş yarışa 200 peşəkar idmançı qatılıb.