Tokio olimpiadasına daha bir lisenziya

Atlet Nazim Babayev  Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

Sportline.az xəbər verir ki, üçtəkanla tullanma növündə qüvvəsini sınayan 23 yaşlı idmançı buna Fransanın Lyeven şəhərində keçirilən Qış Dünya Turunun yarışında nail olub. 

O, 17,15 metr nəticə ilə gümüş medal qazanıb və olimpiadaya lisenziya üçün nəzərdə tutulan normativi (17,14) keçib. 

Qeyd edək ki, Nazim Babayev 2019-cu ildə Şotlandiyanın Qlazqo şəhərində qapalı manejdə Avropa çempionatında qızıl medal qazanıb.