Tomori ölkəsinə qayıdır

"Milan"ın ingiltərəli futbolçusu Fikayo Tomori karyerasını ölkəsində davam etdirəcək.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Tottenhem" Tomorini transfer etmək üçün hərəkətə keçib.

Sabiq "Çelsi"li "Tottenhem"də çıxış etməyə müsbət baxır.

Qeyd edək ki, Tomorinin "Milan"la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

27 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 22 milyon avro olaraq qiymətləndirilir.