Tonali İngiltərə klubunda qalacaq

“Nyukasl Yunayted”in yarımmüdafiəçisi Sandro Tonali klubda qalacaq.

Sportline.az xəbər verir ki, bu haqda “Mail Sport” nəşri məlumat yayıb.

25 yaşlı futbolçunun İngiltərə klubu ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, S.Tonali cari mövsüm meydana çıxdığı 14 matçda 3 məhsuldar ötürmə müəllifi olub.