Tonali İtaliyaya qayıdır

"Nyukasl Yunayted"in italiyalı futbolçusu Sandro Tonali klubdan ayrılmaq qərarına gəlib.

Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Tonali yenidən İtaliya A Seriyasında çıxış edə bilər.

"Yuventus" 24 yaşlı futbolçu ilə yaxından maraqlanır.

Qeyd edək ki. Tonali 2023-cü ilin yayında "Milan"dan "Nyukasl"a 58.9 milyon avro qarşılığında transfer olmuşdu.