Tonali İtaliyaya qayıtmaq istəyir

Sandro Tonali İtaliyaya qayıtmaq arzusundadır.

Sportline.az xəbər verir ki, “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali yaxın dostlarına etiraf edib ki, İngiltərədə özünü tam rahat hiss etmir və doğma evi üçün darıxır.

İtaliya mətbuatının məlumatına görə, futbolçu 2026-cı ilə kimi vətəninə qayıtmağı ümid edir. Onun üçün ən arzuolunan istiqamət isə keçmiş klubu “Milan”a geri dönməkdir.