Tonali “Nyukasl”la yeni müqavilə imzalayıb
"Nyukasl Yunayted"in italiyalı yarımmüdafiəçisi Sandro Tonali klubla 2029-cu ilin yayına qədər yeni müqavilə bağlayıb.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Kreg Hop məlumat yayıb.
25 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 10 matçda 2 asistlə yadda qalıb.
Qeyd edək ki, S.Tonali 2023-cü ildən "Nyukasl"da çıxış edir.