Tonalinin gedişi gündəmdədir
"Nyukasl"ın futbolçusu Sandro Tonali yayda klubdan ayrılmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" və "Mançester Siti" sözügedən oyunçu ilə yaxından maraqlanır.
Bu haqda "Corriere" della Sera" nəşri məlumat yayıb.
Qeyd edək ki, S.Tonali transfer qiyməti 80 milyon avrodur.