Toni İngiltərəyə geri dönəcək

"Əl-Əhli"nin forvardı Ayvan Toni İngiltərə Premyer Liqasına qayıtmaq istəyir.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem" 29 yaşlı oyunçu yanvar ayında rənglərinə bağlamaq niyyətindədir.

29 yaşlı hücumçu "mahmızlar"ın düşərgəsinə qoşulmaq üçün maaşının azalmasınada razıdır.

Qeyd edək ki, Ayvan Toni bu mövsüm meydana çıxdığı 15 matçda rəqib qapılarından 11 top keçirib.