Toni Kroos “Real Madrid”ə qayıdır
“Real Madrid” Toni Kroosu geri qaytarır.
Sportline.az "EuroFoot" nəşrinə istinadən xəbər verir ki, “Real Madrid” rəhbərliyi Kroosu klubun idman strukturunun bir hissəsi kimi görmək istəyir.
Klub daxilində onun təcrübəsindən və futbol biliklərindən istifadə ediləcəyi planlaşdırılır.
Hesab olunur ki, uzun illər yüksək səviyyədə çıxış edən və “Real Madrid”də böyük uğurlar qazanan Kroos, klubun gələcək inkişafına mühüm töhfə verə bilər.
Rəhbərlik onun gənc futbolçuların inkişafında və ümumi idman strategiyasında faydalı olacağına inanır.