"Tottenhem" 28 yaşlı hücumçu ilə maraqlanır

"Tottenhem"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, London klubu "Everton"un ingiltərəli hücumçusu Dominik Kalvert-Luyini azad agent kimi heyətinə qatmağı planlaşdırır.

28 yaşlı futbolçu "Everton"la yeni müqavilə imzalamaq niyyətində deyil.

Qeyd edək ki, Kalvert Luyin bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 22 matçda 3 qol və 2 asistlə yadda qalıb.