"Tottenhem" "Atletiko Madrid"ə 70 milyon avroluq təklif göndərib

"Tottenhem" yanvar ayında heyəti gücləndirməyi planlaşdırır.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "mahmızlar" "Atletiko Madrid"in yarımmüdafiəçisi Pablo Barriosu transfer etməyi düşünür.

London klubu 22 yaşlı oyunçu üçün qarşı tərəfə 70 milyon avroluq rəsmi təklif göndərib.

Qeyd edək ki, P.Barriosun Madrid təmsilçisi ilə sözləşməsi 2030-cu ilin yayına qədərdir.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 25 matçda 3 qol, 1 asist müəllifi olub.