"Tottenhem" "Atletiko"ya 130 milyon avro ödəmək niyyətindədir
"Atletiko Madrid"in forvardı Xulian Alvarez yanvar ayında klubdan ayrılmaq istəyir.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem" qış transfer pəncərəsində argentinalı hücumçu üçün qarşı tərəfə 130 milyon avro ödəməyə hazırdır.
26 yaşlı futbolçunu "Barselona"da transfer etmək istəyir.
Qeyd edək ki, X.Alvarezin Madrid klubu ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir.