"Sevilya"dan "Mançester Yunayted"ə keçə bilər
"Sevilya"nın futbolçusu Youssof Fofana "Mançester Yunayted"in diqqət mərkəzindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Ficherio" nəşri məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 35 milyon avrodur.
Qeyd edək ki, Fofananın İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.