“Belə xatırlanmaq istəyirəm”
“İnter”ə keçən Con Stouns İtaliya klubunda qarşısına qoyduğu məqsəddən danışıb.
Sportline.az xəbər verir ki, İngiltərə millisinin müdafiəçisi San-Siroda uğurları ilə yadda qalmaq istədiyini bildirib. Stouns yeni klubunda qazanacağı titullarla xatırlanmaq arzusunda olduğunu vurğulayıb.
O, “İnter”ə keçidindən sonra komandanın ambisiyalarının onu xüsusi motivasiya etdiyini qeyd edib.