Fransa Belçikaya qarşı

UEFA Millətlər Liqasında 4-cü turun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, Fransa millisi "Stad de Frans"da Belçika ilə qarşılaşacaq. İlk görüşdə Zinəddin Zidanın komandası Maykl Olisenin vurduğu qolla qələbə qazanmışdı. 1-0.

Bu oyuna isə Fransa seçməsi ciddi itkilərlə çıxacaq. Kapitan Killian Mbappe, Zaire Emeri və Dayo Upamekano komandasına kömək edə bilməyəcək.

Belçika millisində Kevin de Brüyne və Yuri Tilemans cəzalıdır.

Qeyd edək ki, Fransa - Belçika görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Qarşılaşmanın ədalət təmsilçisi şotlandiyalı hakim Nik Volş olacaq.