Olisenin transfer qiyməti bəlli olub - "Real Madrid" bu məbləği "Bavariya"ya ödəməyə hazırdır

"Bavariya" fransalı ulduzu Maykl Olisenin transfer qiymətini açıqlayıb.

Sportline.az xəbər verir ki, Münhen təmsilçisi 24 yaşlı sağ cinah vingeri üçün 200 milyon avro tələb edir.

"Team Talk"un yaydığı məlumata görə, "Real Madrid" bu məbləği Münhen klubuna ödəməyə hazırdır.

Qeyd edək ki, M.Olisenin "Bavariya" ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.