Türkiyə İtaliyanın qonağı olacaq

UEFA Millətlər Liqasında 4-cü turun görüşləri keçirilir. 

Sportline.az xəbər verir ki, Türkiyə millisi səfərdə İtaliya ilə üz-üzə gələcək. Bursada keçirilən ilk oyunda İtaliya rəqibini 4-1 hesabı ilə məğlub etmişdi.

Heyətlərə nəzər saldıqda Roberto Mançinin komandasında yeganə itki Moyze Kinin adı ilə bağlıdır.

Türkiyə seçməsi isə görüşə optimal heyətlə çıxacaq.

Qeyd edək ki, İtaliya - Türkiyə görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Oyunda söz sahibi polşalı hakim Şimon Marçinyak olacaq.