"Arsenal"dan Haaland planı

“Arsenal”ın “Mançester Siti”nin hücumçusu Erlinq Halandı transfer etmək variantını nəzərdən keçirdiyi iddia olunur.

Sportline.az xəbər verir ki, London klubu norveçli futbolçu üçün mümkün təklif hazırlaya bilər. Bu ssenarinin reallaşması “Mançester Siti”nin Premyer Liqadakı maliyyə işi üzrə mümkün nəticələrindən asılı vəziyyətdə təqdim olunur.

Halandın “Siti” ilə müqaviləsi davam etdiyi üçün hazırda söhbət yalnız mümkün transfer planından gedir.