"Tottenhem" brazilyalı futbolçu ilə maraqlanır
"Tottenhem"in yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Tutto Juve" nəşrinə istinadən xəbər verir ki, "Yuventus"un brazilyalı futbolçusu Duqlas Luiz "Tottenhem"in maraq dairəsinə düşüb.
Turin klubu D.Luiz üçün "Tottenhem"dən 45 milyon avro tələb edir.
Qeyd edək ki, 26 yaşlı futbolçunun "Yuventus"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.