“Tottenhem” - “Çelsi”: Heyətlərdəki son durum

İngiltərə Premyer Liqasında bu gün 10-cu tura start veriləcək.

Sportline.az xəbər verir ki, turun mərkəzi matçı London derbisi ilə əlamətdar olacaq.

"Tottenhem" öz meydanında "Çelsi" ilə üz-üzə gələcək.

"Mahmızlar"ın heyətində itkilərin sayı kifayət qədərdir. Desti Udogi, Arçi Qrey, Ben Deyvis, Kota Takai, Radu Draquşin, Deyan Kulusevski, Ceyms Meddison, İvi Bissuma və Dominik Solanke baş məşqçi Tomas Frankın sərəncamında olmayacaq.

"Çelsi"də Benua Badiaşili, Levi Kolvil, Kol Palmer, Dario Essuqo zədə, Liam Delap isə cəza səbəbindən iştirak edə bilməyəcək.

Qeyd edək ki, "Tottenhem" - "Çelsi" oyunu bu gün Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Görüşün ədalət təmsilçisi Carred Cillet olacaq.