"Tottenhem" qapıçı axtarışına çıxıb
"Tottenhem"in rəhbərliyi yanvar ayında dünya səviyyəli qapıçı transfer etməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda "Mail Sport" nəşri məlumat yayıb.
London klubu Vikariyonun çıxışından narazıdır.
Qeyd edək ki, "Tottenhem" İngiltərə Premyer Liqasında 18 xalla 5-ci pillədə yer alır.