“Tottenhem” “Real Madrid”ə 70 milyon avro ödəməyə hazırdır

"Tottenhem" transfer bombasına hazırlaşır.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid"in brazilyalı sağ cinah vingeri Rodriqo London klubunun əsas transfer hədəfinə çevrilib.

"Mahmızlar" bu keçid üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Rodriqo cari mövsüm meydana çıxdığı 16 matçda 3 asistlə yadda qalıb.