“Tottenhem” və “Çelsi” transfer yarışına girib

"Yuventus"un kanadalı futbolçusu Conatan Deyvid İngiltərə klublarının maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, "Tottenhem" və "Çelsi" 25 yaşlı forvardı heyətinə qatmaq istəyir.

Bu haqda "Tutto Mercato Wep" məlumat yayıb.

Qeyd edək ki, C.Deyvidin transfer qiyməti 50 milyon avrodur.

O, bu mövsüm çıxış etdiyi 14 matçda 1 qol, 1 asistlə yadda qalıb.