“Tottenhem” və “Everton” transfer yarışına girib
“Atalanta”nın nigeryalı hücumçusu Ademula Lukman karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, “Tottenhem” və “Everton” sözügedən oyunçu ilə yaxından maraqlanır.
Bu haqda “Team Talk” nəşri məlumat yayıb.
Qeyd edək ki, Lukman bu mövsüm meydana çıxdığı 10 oyunda 1 qolla yadda qalıb.