“Tottenhem” - “Vilyareal”: Heyətlərdəki son vəziyyət
UEFA Çempionlar Liqasında bu gün yeni mövsüm başlayır.
Sportline.az xəbər verir ki, Avropa Liqasının son qalibi "Tottenhem" doğma meydanda "Vilyareal"la münasibətlərini aydınlaşdıracaq.
"Mahmızlar"ın heyətində əsas itki Dominik Solanke, Radu Draquşin, Deyan Kulusevski, Ceyms Meddison və İvi Bissumanın adı ilə bağlıdır.
"Vilyareal"da isə Jerar Moreno oyunu kənardan izləməli olacaq.
Qeyd edək ki, start fiti saat 23:00-da başlanacaq matçı sloveniyalı hakim Rade Obrenoviç idarə edəcək.