“Tottenhem” “Yuventus”a 52 milyon avro ödəməyə hazırdır
“Tottenhem” “Yuventus”un mərkəz müdafiəçisi Qleyson Bremer üçün 52 milyon avro təklif edib.
Sportline.az “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı stopper Turin klubundan ayrılmağa razılıq verib.
“Mançester Yunayted”də sözügedən futbolçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, Q.Bremerin “Yuventus”la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.