"Tottenhem"də ayrılıq yaşana bilər

"Tottenhem"in sağ cinah vingeri Brennan Conson yayda komandadan ayrıla bilər.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Kristal Pelas", "Aston Villa" və "Bormunt" 24 yaşlı futbolçunu transfer etmək üçün hərəkətə keçib.

Uels millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 20 matçda rəqib qapılarından 4 top keçirib.

Qeyd edək ki, B.Consonun transfer qiyməti 40 milyon avrodur.