"Tottenhem"də yeni baş məşqçi

“Tottenhem”in yeni baş məşqçisi bəlli olub.

Sportline.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisini Nuno Espirito Santo çalışdıracaq. Portuqaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, “Tottenhem”i ötən mövsüm Joze Mourinyo çalışdırıb. Mart ayında istefaya göndərilən mütəxəssisi müvəqqəti olaraq Rayan Meyson əvəzləyib.

Nuno Espirito Santo isə son olaraq Premyer Liqanın digər təmsilçisi “Vulverhempton”u çalışdırıb. O, 2017-ci ildən bu komandaya rəhbərlik edirdi.