“Tottenhem”i “İnter”ə dəyişə bilər

"Tottenhem"in qapıçısı Qulyelmo Vikario İtaliya A Seriyasına dönə bilər.

Sportline.az xəbər verir ki, "İnter" italiyalı qapıçını heyətinə qatmaq istəyir. Bu barədə insayder Nikolo Skira məlumat verib.

Milan klubu Vikarionu Yann Zommerin əvəzləyicisi kimi nəzərdən keçirir.

29 yaşlı qapıçı özü də "İnter"ə keçidə müsbət yanaşır.