“Tottenhem”in gözü “Brayton”un futbolçusuna düşüb

"Tottenhem" yanvarda "Brayton"un futbolçusu Yan Paul van Heçkeni transfer etməyə çalışacaq.

Sportline.az xəbər verir ki, bu haqda "Mail Sport" nəşri məlumat yayıb.

Van Heçke "Brayton"dan ayrılmaq istəyir. Lakin rəhbərlik onu satmaq niyyətində deyil.

Qeyd edək ki, 25 yaşlı niderlandlı stopperin klubla sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.