"Tottenhem"in Maktominey arzusu
"Napoli"nin şotlandiyalı futbolçusu Skot Maktominey "Tottenhem"in diqqət mərkəzindədir.
Sportline.az xəbər verir ki, "mahmızlar" gələn ilin yayında 28 yaşlı yarımmüdafiəçi üçün İtaliya klubuna rəsmi təklif göndərməyi planlaşdırır.
Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Qeyd edək ki, S.Maktominey bu mövsüm meydana çıxdığı 12 oyunda 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub.