"Tottenhem"in rəhbərliyi qərar verdi

"Tottenhem"in rəhbərliyi qapıçı Gilermo Vikario ilə bağlı qərar verdi.

Sportline.az xəbər verir ki, London klubu 29 yaşlı kiperi "İnter"ə satmaq niyyətində deyil.

"Football İnsider" nəşrinin yaydığı məlumat görə, baş məqçi Tomas Frank italiyalı oyunçunun getməsinə icazə verməyib.

Qeyd edək ki, Vikario bu mövsüm çıxış etdiyi 23 matçda qapısında 30 top görüb.

Onun hazırki dəyəri "Transfermarkt" portalına görə, 30 milyon avrodur.