"Tottenhem"in Semenyo israrı davam edir

"Tottenhem"in rəhbərliyi yanvar ayında Antonio Semenyonu heyətə qatmaqda israrlıdır.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "mahmızlar"ın bu transferdə işi çətin görünür.

Buna səbəb "Liverpul" və "Mançester Siti" klublarıda Semenyonu transfer etmək istəyir.

Qeyd edək ki, 25 yaşlı sağ cinah vingerinin transfer qiyməti 65 milyon avrodur.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 6 qol, 3 asistlə yadda qalıb.