"Tottenhem"in yeni hədəfi

"Tottenhem"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, "Cenoa"nın belçikalı futbolçusu Koni De Vinter "Tottenhem"in transfer siyahısında yer alıb.

23 yaşlı stoperin transfer qiyməti 25-30 milyon avrodur. O, bu mövsüm meydana çıxdığı 26 matçda 3 qolla yadda qalıb.

Qeyd edək ki, Koni De Vinterin "Cenoa" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.