"Tottenhem"in yeni transfer hədəfi bəlli olub

"Tottenhem" "Əl-Əhli"nin forvardı Ayvn Tonini heyətinə qatmaqda israrlıdır.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, London klubu yanvarda 29 yaşlı futbolçunu icarə əsasında transfer etmək istəyir.

A.Toni bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 matçda 11 qol, 2 asistlə yadda qalıb.

Qeyd edək ki, İngiltərə millisinin üzvünün dəyəri "Transfermarkt" portalına görə, 25 milyon avrodur.