Tovuz şəhər stadionu oktyabrda "Turan Tovuz"un ixtiyarına veriləcək

Tovuz şəhər stadionunun oktyabrın sonunadək "Turan Tovuz"un ixtiyarına verilməsi nəzərdə tutulub.

Bu barədə Sportline.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Ot örtüyünün dəyişdirilməsi işləri yekunlaşmaq üzrədir. Drenaj və suvarma sistemi quraşdırılan meydana toxum əkilib.

Toxumların əkilməsi xüsusi texnikalarla həyata keçirilib və bu gün yekunlaşıb.