TPL-də qış transfer pəncəsəsi nə vaxt açılacaq?
Topaz Premyer Liqasında klublar qış fasiləsinə yollanıb. Sportline.az xəbər verir ki, ölkə çempionatında qış “transfer pənrəcəsi” yanvarın 4-də açılacaq. Klublar həmin gündən etibarən yeni futbolçularla münasibətləri rəsmiləşdirmək hüququ qazanacaqlar. Qış transferlərinin son günü isə fevralın 1-i olacaq.