TPL: II turun hakim təyinatları
Topaz Premyer Liqasında II turun hakim təyinatları müəyyənləşib. SportLine.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, FİFA referisi Rəhim Həsənov bu tur təyinat almayıb.
I turda baş tutan AZAL – “Neftçi” matçındakı kobud səhv görünür Həsənovun cəzalandırılmasına səbəb olub.
8-ci km qəsəbə stadionu renovasiya işləri üçün bağlandığından, “Neftçi” “Zirə”ni “Əlincə” stadionunda qəbul edəcək. Lakin paytaxt klubu bu barədə PFL-ə hələ rəsmi müraciət etmədiyindən, qurum qarşılaşmanın yeri kimi məhz 8-ci km qəsəbə stadionunu göstərib.
Topaz Premyer Liqası
II tur
11 avqust (cümə axşamı)
19:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Şaiq Həmidov
Sumqayıt şəhər stadionu
12 avqust (cümə)
20:00. “Qəbələ” – “İnter”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Vüsal Əliyev
“Dalğa Arena”
13 avqust (şənbə)
17:00. “Kəpəz” – AZAL
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu
14 avqust (bazar)
21:00. “Neftçi” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Rahil Ramazanov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Rövşən Əhmədov
8-ci km qəsəbə stadionu