TPL: İlin son turunun afişası açıqlandı
Topaz Premyer Liqasında XIV turun oyun cədvəli açıqlanıb. SportLine.az xəbər verir ki, 2016-cı ilin son turunun oyunları eyni gündə keçiriləcək.
Dekabrın 17-də baş tutacaq tur Gəncədəki “Kəpəz” – “Qəbələ” matçı ilə start götürəcək. Turun son iki matçı isə eyni saatda start götürəcək. “Qarabağ”la “İnter” arasında mərkəzi matç “CBC Sport”la canlı yayımlanacaq.
Topaz Premyer Liqası
XIV tur
17 dekabr (şənbə)
14:00. “Kəpəz” – “Qəbələ”
Gəncə şəhər stadionu
16:00. “Sumqayıt” – “Zirə”
Sumqayıt şəhər stadionu
17:00. “Neftçi” – AZAL
8-ci km qəsəbə stadionu
17:00. “Qarabağ” – “İnter”
Suraxanı qəsəbə stadionu