"Trabzonspor"-"Beşiktaş" oyununun hakimi bəlli olub

Türkiyə Super Liqasının 5-ci həftəsində keçiriləcək "Trabzonspor"-"Beşiktaş" oyununun hakimi bəlli olub.

Sportline.az xəbər verir ki, qarşılaşmanı Ali Şansalan idarə edəcək.

"Papara Park" stadionunda keçiriləcək görüş sentyabrın 15-i saat 21:00-da başlayacaq.

Qeyd edək ki, "Trabzonspor" Super Liqada 2 xalla 15-ci, "Beşiktaş" isə 9 xalla 3-cü sıradadır.