"Trabzonspor" əcnəbi futbolçusu ilə yollarını ayırıb
Superliqa komandalarından "Trabzonspor"da çıxış edən və müqaviləsi başa çatan Nikola Pepe "mavi-qaralar"la vidalaşdığını açıqlayıb.
Sportline.az Ajansspora istinadla xəbər verir ki, Fildişi Sahilli futbolçu sosial media hesabından etdiyi paylaşımda kluba təşəkkür edib.
28 yaşlı futbolçu "Trabzonspor" forması ilə çıxdığı 23 oyunda 6 qol vurub, 3 asist edib.
Qeyd edək ki, Nikola Pepe mövsümün əvvəlində icarə əsasında "Nitsa"dan heyətə cəlb olunmuşdu.