"Trabzonspor" nigeriyalı oyunçu ilə maraqlanır

Transfer çalışmalarını davam etdirən "Trabzonspor" heyətini daha bir hücumçu ilə gücləndirmək istəyir.

Sporline.az Ajansspor.com-a istinadla xəbər verir ki, Qara dənzi klubu "Lion"da çıxış edən Gift Orbanı gündəminə alıb.

Trabzonspor 22 yaşlı oyunçunu icarə əsasında heyətinə qatmaq üçün Fransa klubuna təklif göndərəcək.

Qeyd edək ki, ötən mövsümün 1-ci dövrəsini "Gent"də, 2-ci dövrəsini isə "Lion"da keçirən Orban ümumillikdə 46 oyunda 15 qol vurub.