"Trabzonspor" Onana ilə bağlı qərar verdi

“Trabzonspor” kamerunlu kiper Andre Onana ilə bağlı qərar verdi.

Sportline.az xəbər verir ki, “Trabzonspor” qapıçı Andre Onananın daimi transferi üçün “Mançester Yunayted”lə əlaqə saxlayıb.

Bu haqda "Fanatik" nəşri məlumat yayıb.

Qeyd edək ki, transfer məbləği çətinlik yarada bilsə də, “Trabzonspor” ümid edir ki, Onananın şəhərdə qalmaq istəyi danışıqlara kömək edəcək.