"Trabzonspor" qalib gəldi

Türkiyə "Super Liqa"sında 21-ci tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib. 

"Kayserispor"u qəbul edən "Trabzonspor" qələbə qazanmaqla turnir cədvəlində 8-ci pilləyə yüksəlib. 

15 fevral 2016
"Super Liqa", 21-ci tur


“Trabzonspor” – “Kayserispor” - 2:1
Qollar:
Marko Marin, 35 (1:0), Yılmaz, 40 (2:0), Yavru, 79 (2:1)