"Trabzonspor"da növbəti ayrılıq

"Trabzonspor" hücumçusu T.Fontas ilə yollarını ayırıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Oyunçunun müqaviləsi 2025-ci ilin iyununa qədər qüvvədə idi.

2023-cü ildə "DC Yunayted"dən "Trabzonspor"a transfer olunan Fontas Qara dəniz klubu ilə 35 oyunda 6 qol vurub, 2 asist edib.

Qeyd edək ki, 18 dəfə Yunanıstan millisinin formasını geyinən futbolçu daha əvvəl karyerasında "Rapid", "Zalsburq" və AEK kimi klubların uğurları üçün çalışıb.